Bütün xəbərlər

"PAŞA Bank" 31.01.2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən və Gənclər Gününə həsr olunan karyera sərgisində iştirak edib. Sərgi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil olunub.

 

Tədbir çərçivəsində müxtəlif dövlət və özəl sektorlarında fəaliyyət göstərən qurumların nümayəndələri tələbələri maraqlandıran mövzularda çıxışlar edib, davamında hər kəs karyera sərgisinə qatılıb. Karyera sərgisi zamanı bankımızın İnsan resursları komandasının əməkdaşları gənclərlə ünsiyyətdə olub, onlara tövsiyələr verib, doğru karyera istiqamətinin seçilməsi ilə bağlı faydalı məsləhətlər bildirib.

 

 

"PAŞA Bank"ın İstedadların cəlb edilməsi və işə qəbul qrupunun rəhbəri Fidan Hüseynova çıxış edərkən tələbələrin peşəkar həyatlarında uğur qazanmaq üçün daha çox diqqət etməli olduqları vacib xüsusiyyətləri vurğulayaraq, öz növbəsində iş dünyasının gənclərdən olan gözləntilərini paylaşıb.

 

Karyera sərgisində həmçinin "PAŞA Bank"da mövcud olan iş imkanları haqqında məlumat əldə etmək istəyən bir çox tələbələrə və məzunlara məlumat təqdim edilib, onların sualları ətraflı şəkildə cavablandırılıb.

Arzuların komandasını birlikdə yaradaq!