Əgər siz hər hansı bir vakansiyaya müraciət etmisinizsə İnsan Resursları komandası sizin müraciətinizi nəzərdən keçirib sizin vakansiyanın tələblərinə uyğun olub-olmamanızı yoxlayacaq.
Müraciətlərin çoxluğunu nəzərə alaraq İnsan Resursları komandası sadəcə uyğun gələn namizədlərlə əlaqə yaradacaq.
İnsan Resursları komandası daxil olan müraciətlərin çoxluğu səbəbindən sadəcə vakansiya tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlayır.
Əgər sizin müraciətinizə 10 iş günü ərzində cavab gəlməyibsə deməli müraciət etdiyiniz vakansiya üzrə daha uyğun namizərlər dəyərləndirilib. Siz bu halda başqa vakansiyalara müraciət edə bilərsiniz.
Təbrik edirik! Müsahibəyə dəvət almısınızsa bu o deməkdir ki, ilkin seçim turundan uğurla keçmisiniz!
Müsahibədə siz İstedadların cəlb olunması Biznes Partnyoru və sizi qəbul edən struktur vahidinin rəhbər şəxsləri ilə görüşəcəksiniz.
Seçim mərhələsi:
etaplarından ibarətdir.
Müsahibə mərhələsi özlüyündə 3 hissəyə bölünür:
Müsahibə nəticəsi 10-15 iş günü ərzində bəlli olur.
PAŞA Bankda hər vəzifənin dərəcəsi və hər dərəcəsnin əvvəlcədən müəyyən edilmiş maaş aralıqları var, lakin bu aralıqlar konfidensial olduğuna görə namizədlərə bu barədə məlumat verilmir
PAŞA Bankda illərlə formalaşmış korporativ mədəniyyət və korporativ dəyərlər mövcuddur. Komandamızın hər bir üzvü bankın dəyərlərini sahiblənir və yaşadır.
PAŞA Bank rəhbərliyi komandada sıx münasibətlərin formalaşması və dəyərlərin aşılanması məqsədilə team-building fəaliyyətləri, müxtəlif tədbirlər keçirir. Bundan başqa bankda əməkdaşlar arasında dah sıx əlaqələrin yaradılması məqsədilə Sosial Klub yaradılıb.