Sahibkarlıq
Uğur və davamlılığın açarı Bankın məqsədlər, strategiyası və gələcəyinə olan baxışına sahiblənməkdir. Yalnız belə olduğu halda biz yeni imkanları əldə etmək üçün dinamik və çevik olaraq, innovasiya və yeniliklərə açıq qala bilərik.
Keyfiyyət
Bankın fəlsəfəsinin görünən, hiss olunan və ölçülə bilinən dəyərdir. Bu dəyər PAŞA Bankın fəaliyyətinin bütün aspektlərinə tətbiq olunur: Gördüyümüz işlər, göstərdiyimiz xidmətlər, yaratdığımız məhsullarda və insanlarla qurduğumuz əlaqələr ən yüksək keyfiyyətə malik olmalıdır.
Əməkdaşlıq
Bizim hamımızı bir araya gətirən dəyərimizdir – çünkü yalnız bir komanda kimi eyni hədəflərə və məqsədlərə yönəldiyimiz təqdirdə biz uğurlu ola bilərik. Bu yalnız bankdakı əməkdaşlarımızla deyil, müştərilərimizlə, holdinqin digər strateji aktivləri və bütün tərəfdaşlarımızla qurduğumuz əlaqələrimizə də şamil edilən dəyərimizdir.
Dürüstlük
PAŞA Bank fəlsəfəsinin “əsas prinsipini, mahiyyətini və əsasını təşkil edən dəyərimizdir. Bu dəyərimiz bizim işimizin hər bir aspektinin özülünü təşkil edir: həm bank, həm də müştəri üçün işlərin icrasında: cəmiyyətdə bankın nüfuzunun formalaşdırılmasında; tənzimləyici orqanla münasibətlərdə.
Gəlirlilik
Bundan əvvəlki dörd dəyərimizin təbii nəticəsidir. Dürüst şəkildə keyfiyyətli iş görərək, bütün tərəfdaşlarımızla əməkdaşlıq ruhunda, bankın məqsədlərinə sahiblənərək, yenilik və innovasiyalara açıq olarsaq – gəlirlilik istənilən halda bizim olacaq